Deputat Ermənistandakı seçkilərdən danışdı: “Üçüncü ölkələrin təsiri olmasa..”backend

Deputat Ermənistandakı seçkilərdən danışdı: “Üçüncü ölkələrin təsiri olmasa..”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Ermənistanda seçkiqabağı vəziyyət qeyri-stabildir. Əslində Ermənistanda yaranmış bu vəziyyət gözlənilən idi’’.

Bu sözləri Editor.az- açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. Deputat bildirib ki, müharibədən məğlub tərəf olaraq çıxan Ermənistanın siyasi və hərbi rəhbərliyi öz xalqına bunun cavabını bir şəkildə verməlidir:

‘’İllərlə beynəlxalq hüququ pozub Azərbaycan torpaqlarını işğal altında saxlayan və xalqına Qarabağ xülyası ilə boş vədlər verən Ermənistan hakimiyyəti nəticədə heç bir uğur əldə edə bilmədi. Azərbaycan tərəfi apardığı taktiki-strateji müharibə nəticəsində Ermənistanı  məğlubiyyətə uğratdı. Paşinyanın imzaladığı kapitulyasiya aktı Ermənistanın məğlubiyyət sübutudur. Məğlub xalq, xüsusilə müharibədə itki verən əsgər anaları bununla barışmır və etiraz edirlər. Sadəcə bu müharibədə deyil, illər boyu Azərbaycana qarşı haqsız iddiaları nəticəsində Ermənistan birinci növbədə özünə ziyan vuraraq ölkənin iqtisadi təməllərini sarsıdıb. Ermənistan rəhbərliyi və havadarlarının yaratdığı münaqişə ölkəni iqtisadi blokadaya alıb’’.

Jalə Əliyevanın sözlərinə görə , bu gün Ermənistandakı mürəkkəb situasiya qaçınılmaz idi: ‘’Bildiyimiz kimi, ötən həftə yenidən hakimiyyətə gəlmək istiyən Koçaryan, eyni zamanda hakimiyyətdə qalmaq istəyən Paşinyanın Rusiyaya səfəri baş tutdu. Bu da onu göstərir ki, hər iki şəxs hələ də müstəqil şəkildə addım ata bilmir. Seçkinin nəticələri ilə bağlı dəqiq proqnoz vermək çətindir. Lakin düşünürəm ki, bu dəfə erməni xalqı öz sözünü deyəcək və kənar ölkələrin təsiri olmazsa, illərdir xalqı talayan Koçaryan da, özünü hər çıxışında rəzil edən Paşinyan da seçkilərdə qalib gəlməyəcək’’.

Editor.az, Gülnarə Abasova

Facebook Notice for EU! You need to login to view and post FB Comments!