Deputat Fəzail Ağamalı: “Əgər Rusiya dövləti öz qanunlarına hörmət edirsə…”backend

Deputat Fəzail Ağamalı: “Əgər Rusiya dövləti öz qanunlarına hörmət edirsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada polis tərəfindən qətlə yetirilmiş azərbaycanlı Vəkil Abdullayevlə bağlı süjeti izlədikdə insanı dəhşət bürüyür. Bu vəhşiliyin çılpaq ifadəsidir”

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, heç bir müqavimət göstərməyən, sadəcə maşına oturmaq istəməyən bir gəncin bu dərəcədə vəhşicəsinə qətlə yetirilməsi və bu qətlə Rusiya cəmiyyətində haqq qazandırılması başa düşülən deyil: “Bu faktiki olaraq faşizmin açıq şəkildə təzahürüdür. Qatil polis sərbəst buraxılır, ona haqq qazandırılır, öldürülən isə günahlandırılır. Bu Rusiyada hüququn acizliyinin sübutudur”.

Fəzail Ağamalı qeyd edib ki, hadisə Azərbaycan cəmiyyətində haqlı olaraq böyük hiddətə səbəb oldu:

“Rusiyada azərbaycanlılara qarşı bu cür diskriminasiya, bu cür münasibət qəti şəkildə qəbul edilə bilməz. Bu hadisə Azərbaycanın Rusiyaya olan münasibətinə heç cür adekvat deyil. Azərbaycanda yaşayan rus xalqına qarşı münasibətdə heç bir ayrı- seçkilik yoxdur, onların hüquqları burada tam şəkildə qorunur. Azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən qatilin cəzalandırılması mütləqdir. Əgər Rusiya dövləti öz qanunlarına hörmət edirsə, belə bir səhvə yol verməz. Baş verən hadisəyə hüquqi qiymət verilməlidir!”.

//Gülnarə Abasova, Editor.az