Deputat Gömrük Komitəsini tənqid etdibackend

Deputat Gömrük Komitəsini tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Komitəsinin fəaliyyəti yenə tənqid olunub.

Editor.az etikxeber.az-a istinadən xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elman Nəsirov təmsil etdiyi Cəlilabad rayonundan olan iş adamları və sahibkarların öz məhsullarını ölkə sərhədlərindən kənara çıxarmaqda böyük problemlərlə üzləşdiklərini deyib.

Deputat Dövlət Gömrük Komitəsini bu məsələdə daha operativ və fəal olmağa səsləyib.

O, bildirib ki, bu gün ona onlarla yerli iş adamı və sahibkar müraciət edib, bununla bağlı narahatlıqlarını ifadə ediblər.