Deputat: “Hökumət üzvləri müntəzəm olaraq parlamentə hesabat verməlidir”backend

Deputat: “Hökumət üzvləri müntəzəm olaraq parlamentə hesabat verməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iclasında çıxış edən deputat Razi Nurullayev maraqlı təklif səsləndirdi: “Təklif edirəm ki, parlamentdə “hökumət saatı” müəyyənləşdirək və hər həftə bir nazirlik, komitə burada bizim suallarımızı cavablandırsın”.

Deputatın sözlərinə görə, o, əmindir ki, bu məsələlərdə parlamentin rolu nəinki artırılmalı, həm də mütləq olmasına zərurət yaranıb: “Deputatın işi yalnız hazır gələn qanunları müzakirə edib, dəyişiklik etmədən qəbul etmək deyil axı. Biz hər həftə həm komitələr, həm də plenum iclası səviyyəsində hökumətlə təmas etməliyik. Hökumət üzvləri müntəzəm olaraq parlamentə hesabat verməlidir”.

//Editor.az