Deputat Leyla İbrahimova oğurlandı – FOTObackend

Deputat Leyla İbrahimova oğurlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Melitopol şəhərində ölkənin məşhur krım-tatar siyasətçilərindən biri, deputat Leyla İbrahimova yoxa çıxıb.

Bu barədə Krım Tatar Məclisinin üzvü İsgəndər Barıyev məlumat verib.

Melitopol Şəhər Diyarşünaslıq Muzeyinin direktoru, Zaporojye vilayət şurasının deputatı L.İbrahimovanın evinə səhər saat 6-da soxulan rusiyalı hərbçilər qadın siyasətçini naməlum istiqamətə aparıblar.

“Leyla İbrahimova rusiyalıların əlindədir. Ona və qohumlarına zəng etməyin”, – İ.Barıyev bildirib.

 

Milli.az