Deputat: “Məktəblərdə könüllü və ya qeyri-könüllü şəkildə pul yığımı qəbuledilən deyil”backend

Deputat: “Məktəblərdə könüllü və ya qeyri-könüllü şəkildə pul yığımı qəbuledilən deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesab edirəm ki, məktəblərdə hansısa şəkildə pul yığımından söhbət gedə bilməz. İstər qanuni, istərsə də könüllü pul yığımı neqativ halların yaranmasına səbəb ola bilər. Dövlət onsuz da məktəbələrə lazımi maliyyə vəsaitini ayırır, öz qayğısını əsirgəmir. Fikrimcə, təhsil naziri Emin Əmrullayevin fikirləri də düzgün anlaşılmadığına görə də müəyyən tənqidlərə səbəb olub. Məsələnin bir daha araşdırılmasına ehtiyac var”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, məktəblərdə könüllü və ya qeyri-könüllü şəkildə baş tutan pul yığımı qəbuledilən deyil: Bu, xoşagəlməz ənənələrin əsasını qoya bilər. Birmənalı olaraq yolverilməzdir”.

Qeyd: Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib ki, məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir: “Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır”.