Deputat: “Məmurların vicdanını ölçmək üçün cihaz kəşf edilməyib”backend

Deputat: “Məmurların vicdanını ölçmək üçün cihaz kəşf edilməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O ki gəlib dayandılar həbsxana divarları arasında, başlayırlar haqdan, ədalətdən danışmağa”

“Bir insanı yaxından tanımaq üçün ona vəzifə ver. O zaman başa düşəcəksən ki, əsl siması və mahiyyəti nədən ibarət imiş”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı həbsxanaya düşən sabiq məmurların ədalət tələbindən danışarkən belə deyib.

Deputat bildirib ki, hər bir məmur işinə vicdanla yanaşmalıdır: “Prezident İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib. Qeyd edib ki, düz işləməyən, əyri yolla gedənlər məmurlar özləri uzaqlaşsınlar. Əks halda onların ən ciddi şəkildə cəzalandırılacağını söyləyib. Lakin bəzi məmurlar bundan nəticə çıxarmırlar. Hesab edirlər ki, vəzifə onların şəxsi mülküdür və hamıya yuxarıdan aşağı baxırlar. Nə Allahdan qorxurlar, nə də bəndədən. Belə işləmək olmaz. Məmur cəmiyyətin etimadını qazanmalıdır, vətəndaşlara qarşı təvazökar olmalıdır. Anlamalıdır ki, vəzifə xalqa xidmət vasitəsidir, üstünlük deyil. Məmurların vicdanını ölçmək üçün cihaz kəşf edilməyib”.

Onun dediyinə görə, məmurlar xalqa xidmət etdiyini anlamayana qədər bu cür problemlər davam edəcək: “Azərbaycanda həbs olunan sabiq nazir də var, fond rəhbəri də, icra başçıları da, hazırda hamısı ədalət tələb edir. Adama sual edərlər ki, bəs bu ədalət o zaman hardaydı? Heçmi yadınıza düşmədi bu? O ki gəlib dayandılar həbsxana divarları arasında, başlayırlar haqdan, ədalətdən danışmağa. Olmazdımı ki, bunu vaxtında düşünəydin və heç bu yerlərə də gəlib çıxmayaydın? Onlar mülklər tikəndə, özləri üçün villalar inşa edəndə düşünürlər ki, “Burda mənəm, Bağdadda kor xəlifə”. Birdə ayılırlar ki, “qatar artıq gedib” və bundan sonra ədalət yadlarına düşməyə başlayır”.

// Gülnarə Abbasova, Editor.az