Deputat Milli Məclisdə Ramiz Mehdiyevi “yıxıb-sürüdü” – Videobackend

Deputat Milli Məclisdə Ramiz Mehdiyevi “yıxıb-sürüdü” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Etibar Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini sərt tənqid edib.

Bu barədə Etibar Əliyev Milli Məclisdə çıxışı zamanı danışıb.

Deputat Ramiz Mehdiyevin AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirdiyini deyib.

“Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da bu işləri Rasim Ağasiyev adlı keçmiş polis işçisinə həvalə edib”, – deyə E.Əliyev bildirib.