Deputat Musa Qasımlı Elm və Təhsil Nazirliyini sərt tənqid etdibackend

Deputat Musa Qasımlı Elm və Təhsil Nazirliyini sərt tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elm və Təhsil Nazirliyində planlaşdırma sıfır səviyyəsindədir”.

Bunu deputat Musa Qasımlı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, kəndlərdə ən müasir məktəblər tikilir, lakin təhsilin keyfiyyəti aşağı düşdükcə, cəhalət, xurafat, radikalizm artır:

“Bir neçə il əvvəl Yardımlıda kəndlərin birində müasir məktəbi tikildi. Lakin bir müddət sonra – 2013-2014-cü tədris ilində həmin məktəb bağlandı. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma sıfır səviyyəsindədir”.