Deputat olmaq istəyirsənsə, əsgərliyə get!backend

Deputat olmaq istəyirsənsə, əsgərliyə get!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deputatları dövlət qulluğunda işləmək və ya seçkili orqanlara seçilmək istəyən vətəndaşların hərbi ixtisasa malik olma öhdəliyi məsələsini müzakirə etməyə dəvət edib.

Editor.az bildirir ki, o, bunu sentyabrın 28-də Dövlət Dumasının plenar iclasında bəyan edib.

“Biz orduda xidmət etmiş və hərbi ixtisasa malik olanların dövlət qulluğuna daxil ola bilməsi ilə bağlı məsələləri müzakirə etməyə başlamalıyıq. Və bu, yeganə yoldur”, – Volodin bildirib.

Daha sonra o, əlavə edib ki, dövlət vəzifəsinə seçilməkdən əvvəl hərbi ixtisas – hərbi xidmət keçmək və ya hərbi kafedrada təhsili almaq lazımdır.

  //Samir, Editor.az