Deputat: “Payızda idman zalları, toylar, ictimai nəqliyyat … ” – VİDEObackend

Deputat: “Payızda idman zalları, toylar, ictimai nəqliyyat … ” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Payız aylarında və ya payızın sonunda peyvəndlənmə prosesində hədəfə çatmaq imkanımız var. Əminəm ki, bundan sonra yenidən normal həyat tərzinə qayıtmağa və pandemiyadan qurtulmağa nail olacağıq”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib. O bildirib ki, peyvəndləmə prosesində hədəfə çatdıqdan sonra yumşaldılmalar həyata keçiriləcək:

“İdman zallarının açılmasına, ictimai nəqliyyatın fəaliyyətinin 100 faiz bərpa olmasına və toy şənliklərinin keçirilməsinə müəyyən mərhələdə nail olacağıq. Addım-addım bu yumşaldılmalar həyata keçiriləcək. Azərbaycanda yumşaldılmaların mərhələli həyata keçirilməsi bu gün bizə vəziyyəti idarə etməyə və uğurlara imza atmağa imkan verdi. Hesab edirəm ki, epidemioloji vəziyyət bu cür davam edərsə və peyvənd proqramını sürətlə həyata keçirdiyimiz halda idman zalları, ictimai nəqliyyat və böyük tədbirlərin həyata keçirilməsi ilə bağlı yumşaldılmalara gedə bilərik”.