Deputat: “Prezidentin Şuşaya səfəri hər bir azərbaycanlıda qürur hissi yaradır”backend

Deputat: “Prezidentin Şuşaya səfəri hər bir azərbaycanlıda qürur hissi yaradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Azərbaycan Prezidenti Cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  Şuşa şəhərinə səfəri hər bir azərbaycanlıda qürur və iftixar hissi doğurur’’.

Bu sözləri Editor.az-a açıqlamasında Prezident İlham Əliyevin Şuşa və Fizuliyə səfərini şərh edərkən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, Şuşa yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ən qədim mədəniyyət beşiklərindən biridir: ‘’Şuşa şəhərinin strateji və mədəni əhəmiyyəti hər kəsə bəllidir. Cənab Prezidentin Şuşada erməni vandalizminə məruz qalan abidələrimizə diqqət çəkməsi və onların yenidən bərpa olunacağı ilə bağlı anonsu bütün dünyaya verilən mühüm mesaj oldu. Bu səfərdən sonra bir daha aydın oldu ki, dövlət başçısının göstərişi ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın yenidən sürətli bərpasına başlanıb’’.

V.İskəndərov eyni zamanda qeyd edib ki,  Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində etdiyi çıxışda dünya birliyinə də bir sıra mühüm və sərt mesajlar verdi: ‘’ Cənab Prezident haqlı olaraq İslam dünyası ölkələrinə səslənərək soruşdu ki, müsəlmanlar üçün müqəddəs olan məscidlərdə donuz saxlayan Ermənistanla hansı məntiqlə dostluq qurmaq olar?! Məncə hər kəs bu mesajdan gərək nəticəni çıxaracaq”.

Vüqar İskəndərov bildirib ki, Füzulidə yeni hava limanının təməlinin atılması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir: “Bu həm strateji baxımdan, həm də ölkəmizin iqtisadiyyatının inkişafı üçün çox önəmli bir addımdır. Hava limanı bu bölgəyə turist axınının güclənməsinə ciddi təsir göstərəcək”.

\\Gülnarə Abasova, Editor.az