Deputat sülhməramlıların fəaliyyətindən danışdı: “Təzyiq vasitəsi kimi istifadə edirlər”backend

Deputat sülhməramlıların fəaliyyətindən danışdı: “Təzyiq vasitəsi kimi istifadə edirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülhməramlıların fəaliyyətinin bütün istiqamətləri Azərbaycan dövləti ilə razılaşdırılmalı, 10 noyabr üçtərəfli bəyanatın müddəalarına uyğun həyata keçirilməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, sülhməramlı kontingentin tərkibi müəyyən olunmuş səviyyədə saxlanılmalıdır:

“Əraziyə əlavə yeni qüvvələrin cəlb edilməsi məqbul deyil. Digər tərəfdən sülhməramlılar üçün nəzərdə tutulan şəhərciyin salınması, əlavə sosial obyektlərin tikilməsi düzgün deyil. Görünən odur ki, üçtərəfli bəyanatın tələblərlərindən kənar davranışlardan bəzi ölkələr öz siyasi maraqlarına uyğun şəkildə opponentlərinə qarşı müəyyən təzyiq vasitəsi kimi istifadə edirlər. İstənilən xarici ölkənin dövlət rəsmisi Qarabağa səfər edirsə bu Azərbaycan dövləti ilə razılaşdırılmalıdır.
Reallıq ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün prosesləri nəzarət altında saxlayır. 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm qələbə və beynəlxalq güclərin neytrallaşdırılması bunun sübutudur’’.

//Editor.az