“Azərbaycanda uşaq pulu mövzusu ən aktual məsələlərdən biridir. Bu məsələ bir neçə dəfə Milli Məclisdə də qaldırılıb. Şübhəsiz ki, aztəminatlı ailələrdə uşaq pulu verilməlidir”.
Bu sözləri Editor.az-açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Millət vəkili bildirib ki, əgər biz sosial ədalətdən danışırıqsa bir neçə neçə nüansa diqqət etməliyik : “İmkanlı ailələr var ki, 5 uşağı var və ailə özünü dolandıra bilir. Bu ailə də uşaqpulu almalıdır, imkanı olmayan ailə də? Bu zaman sosial ədalət prinsipi pozulur. Elə bir mexanizm hazırlanmalıdır ki, yalnız aztəminatlı ailələrə uşaqpulu verilsin. İş adamları, şirkət rəhbərləri, böyük sahibkarların ailələrinə bu pul düşmür. Onlar özləri müəyyən qədər uşaqlara yardım etməyə borcludur’’.
//Gülnarə Abbasova, Editor.az

