Deputat Vüqar İskəndərov Türkiyədə Rəcəb Tayyib Ərdoğanla görüşüb-FOTOLARbackend

Deputat Vüqar İskəndərov Türkiyədə Rəcəb Tayyib Ərdoğanla görüşüb-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Vüqar İskəndərov Dünya Daun Sindromu Federasiyasının təşkil etdiyi daun sindromlu şəxslərin idman oyunlarında iştirak etmək məqsədilə Türkiyənin Antalya şəhərində səfərdə olub.

Editor.az xəbər verir ki, millət vəkili səfər çərçivəsində oyunların rəsmi açılış mərasimində iştirak edib və Antaliya valisi başda olmaqla, bir sıra rəsmi görüşlər keçirib.

Millət vəkili eyni zamanda, Türkiyəyə səfəri çərçivəsində İstanbul şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iftar proqramında qonaq olub. Proqram çərçivəsində millət vəkili ilə Türkiyə Prezidenti arasında qısa görüş baş tutub. Görüşdə Vüqar İskəndərov Rəcəb Tayyib Ərdoğana Türkiyənin Azərbaycana verdiyi dəstəyə görə xüsusi təşəkkür edib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyi və inteqrasiyası üçün öndərlik edən iki böyük liderdir. Ərdoğan da millət vəkili ilə görüşündə Azərbaycan xalqına olan sevgisini növbəti dəfə ifadə edib.

   

//Editor.az