Deputat: “YAP rəhbərliyində dəyişikliklər olacaq”backend

Deputat: “YAP rəhbərliyində dəyişikliklər olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultay qərarı müasir dövrün çağırışlarına qoşulmaq və yeni siyasi şəraitə uyğunlaşmaq baxımından mühüm addımdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Yeni Azərbaycan Partiyasının mart 5-də gözlənilən növbədənkənar qurultayından danışarkən belə deyib.

Onun sözlərinə görə, hər bir partiya öz fəaliyyətində yenilənmələr etməli və müasir trendlərlə ayaqlaşmağı bacarmalıdır:

“Bu mənada hakim partiyanın qərarına hörmətlə yanaşırıq. Nəzərə alanda ki, bu partiya haqqında müəyyən tənqidi fikirlər tirajlanırdı, bu xüsusda qurultay qərarı yəqin rəhbər orqanlarda müəyyən dəyişikliklərə yol açacaq. Qurultayın məqsədi və hansı qərarların veriləcəyi barədə danışmaq isə hələ tezdir. Bütün hallarda Yeni Azərbaycan Partiyasına uğurlar və iqtidar partiyası olaraq daha çevik siyasət yürütməyi arzu edirik”.

// Gülnarə Abbasova, Editor.az