Deputat: “Yumşaldılmalar bizi arxayınlaşdırmamalıdır”backend

Deputat: “Yumşaldılmalar bizi arxayınlaşdırmamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Çox sevindirici haldır ki, son günlər  artıq COVİD 19 –a yoluxanların və bu xəstəlikdən dünyasını dəyişənlərin sayı azalmaqdadır’’.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib. Millət vəkili bildirib ki  son karantin rejimi zamanı tətbiq olunan qayda və məhdudiyyətlər azalmalara gətirib çıxartdı: ‘’Lakin rəqəmlərdəki azalmalar və Nazirlər Kabineti yanında Operativ Qərargahın yumşalma ilə bağlı verdiyi qərarlar  insanlarda arxayınlıq yaratmamalıdır. Əksinə məsuliyyət hissini artırmalıdır. Əks təqdirdə yenidən yoluxmanın artması gözləniləndir. Xüsusən də, qış fəslində daha da diqqət edilməsi vacibdir’’.

Millət vəkilinin sözlərinə görə, ölkə ərazisində peyvəndlənmə başlansa da nəzərə almaq lazımdır ki, peyvəndlər öz təsirini bir müddət sonra göstərəcək: “Bu mərhələli prosesdir. Hələ uzun bir müddət 3 qızıl qayda-  tibbi maskalardan düzgün istifadə etmək, sosial məsafənin saxlanılması, sanitariya – gigiyena qaydalarına əməl etmək bizim gündəlik həyat tərzimizə çevrilməlidir. Düşünürəm ki , bütün bunlara əməl etsək  rəqəmlərdə daha da azalmaları müşahidə edəcəyik’’.

\\Gülnarə Abasova, Editor.az