Deputatdan “Balakhani oil” və “Binagadi oil”lə bağlı ŞOK AÇIQLAMAbackend

Deputatdan “Balakhani oil” və “Binagadi oil”lə bağlı ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milyonların üzərində oturanlar, neftdən pul qazananlar, istər xarici, istərsə də daxili şirkətlər… Məsələn, “Balakhani oil”, “Binagadi oil” milyonlar qazanır, min oyundan çıxırlar.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.

R.Nurullayev qeyd edib ki, həmin şirkətlər dövlətə zərbə vururlar: “Vergidən də yayınırlar, müxtəlif maxinasiyalar həyata keçirirlər, dövləti də saya salmırlar. Biz bunun şahidi olduq, oluruq da…”

Qeyd: “Balakhani Operating Company LTD”nin (Balakhani oil) prezidenti Rövşən Rzayev, “Binəqədi Oyl Kompani” şirkətinin (Binagadi oil) Azərbaycandakı filialının rəhbəri isə Sergey Neymyshevdir.