Deputatdan şok açıqlama: yeni dərs ili ərəfəsində 300 min uşaq ölkəni tərk edibbackend

Deputatdan şok açıqlama: yeni dərs ili ərəfəsində 300 min uşaq ölkəni tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni dərs ili başlamazdan əvvəl təxminən 300 min uşaq Ukraynanı tərk edib. Bunu Vechir.LIVE-da deputat Nina Yujanina deyib.

O, qeyd edib ki, bu qədər uşaqların ölkəni tərk etməsi hakimiyyəti ciddi narahat edib. Yujanina hesab edir ki, bu vəziyyət uşaqların valideynlərinin hakimiyyətdən gələcək planları, xüsusən də payız-qış dövrü və dövlətin hərbi imkanları ilə bağlı siqnallar almadığını göstərir.

Deputat vurğulayıb ki, bir çoxları Ukraynadakı mülklərini sataraq xaricə, əsasən də Polşaya səfər edirlər. “Bu o deməkdir ki, insanlar… hakimiyyətdən eşitmirlər ki, qarşıdan gələn payız-qış üçün hansı tədbirlər planı var, nə hücum və hərbi imkanlar var. Bu gün burada insanlar yaşayır, sabah isə mənzillərini, əmlaklarını satır və Polşaya gedirlər, – deyə deputat vəziyyəti şərh edib.

//Samir Qurbanov, Editor.az