Deputatdan xarici ölkələrdəki səfirlərə çağırış: “Getmisiz ora, məsuliyyət hiss edin”backend

Deputatdan xarici ölkələrdəki səfirlərə çağırış: “Getmisiz ora, məsuliyyət hiss edin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özünüzə dövlətin hesabına hər cür şərait yaratmısız….”

Editor.az xəbər verir ki, deputat Tahir Kərimli “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində xarici ölkələrdə fəaliyyət göstərən səfirliklər, nümayəndəliklərlə bağlı mövzuya toxunub.

Ukrayna-Rusiya müharibəsi zamanı Ukraynada səfil duruma düşən, sahibsiz qalan vətəndaşlarımızla bağlı faktlardan danışan deputat prezident İlham Əliyevin zamanında xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərlə bağlı dediyi fikri yada salıb: “Yadınızdadırmı cənab prezident birbaşa dedi ki, bəzi səfirliklərin nümayəndələri Azərbaycanın mənafelərindən daha çox olduqları dövlətin mənafeyini müdafiə etmək, orada öz bizneslərini qurmaq, dərin əlaqələrini yaratmaqla məşğul olurlar. Bax, indi onun mənfi nəticələridir ki, biz görürük”.

T.Kərimli üzünü xarici ölkələrdə fəaliyyət göstərən bəzi səfirlərimizə tutaraq aşağıdakıları deyib: “Getmisiz ora, diaspor təşkilatlarımız, səfirliklər. Məsuliyyət hiss etmək lazımdır. Dövlət başçısının xəbərdarlığı var, xüsusən də belə ekstremal şəraitlərdə. Buna nə ad vermək olar? Özünüzü o qaçqın düşən insanların yerinə qoyun. Getmisiz ora, dövlətin hesabına özünüzə hər cür şərait yaratmısız. Mən inanıram ki, ordakı insanlar nə gündədir. Kim onların qayğısına qalmalı, yanında olmalıdır?”

//Editor.az