Deputatın şirkəti səhiyyə obyektlərini “hörümçək toru”na salıb – Daha bir 1.2 milyonluq sövdələşmə varbackend

Deputatın şirkəti səhiyyə obyektlərini “hörümçək toru”na salıb – Daha bir 1.2 milyonluq sövdələşmə var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin laboratoriya üçün tibbi sərf mallarının alınmasına xərcləyəcəyi vəsaitin həcmi açıqlanıb.

Məlumata görə, Mərkəz malların alınmasına 1 190 727 AZN sərf edəcək.

Qurum “Azəri Med” QSC ilə müqavilə bağlayıb.

Qeyd edək ki, sözügedən QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir(pravda.az).

Onu da qeyd edək ki, bu şirkət əsasən Milli Onkologiya Mərkəzinin hər biri milyonlarla dəyəri aşan şübhəli tenderlərinin dəyişməz qalibi kimi tanınır.