Deputatın şirkətinin məcburi köçkünlər üçün tikdiyi bina çökür: təhlükəli anlar – VİDEObackend

Deputatın şirkətinin məcburi köçkünlər üçün tikdiyi bina çökür: təhlükəli anlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivində bina çökür.

AFN.az xəbər verir ki, bu barədə Jurnalist Rövşən Əsədov məlumat verib. Onun sözlərinə görə, hazırda qeyd edilən ünvanda 26 binanda dib bərkitmə işləri aparılır. Sakinlər binalarda əyilmələr olduğunu bildiriblər.

“Qobu Park-3” yaşayış massivini “Kristal Abşeron” şirkəti inşa edib. Xatırladaq ki, şirkət binaları təhvil verdikdən sonra bir çox problemlər meydana çıxıb. Mənzillərin tavanının uçmasından tutmuş, binların əyilməsinə, çökmə təhlükəsinə qədər müxtəlif təhlükəli anlar yaşanıb. Qeyd edək ki, “Qobu Park – 1” və 2-də də analoji hadisə yaşanmışdı. Binaların əyilməsi, çökməsi hallarının qarşısının alınması, qrunt sularının axın kanallarını doldurmaq üçün tədbirlər görülmüşdü. Aşağıda təqdim edəcəyimiz videodan isə “Qobu Park 3”-də də eyni metoddan və texnikalardan istifadə edildiyi görünür. Lakin bu dəfə şirkət daha irəli gedərək ərazidə yaşayan insanların, binaların həyətində oynayan uşaqların həyatını təhlükəyə atmaqdan da çəkinməyib. Belə ki, aparılan möhkəmləndirmə işləri zamanı təhlükəsizlik qaydalarının kobud surətdə pozulduğu görünür. Ərazidə oynayan azyaşlıların orada qazılan iri quyuya düşmə ehtimalı olsa da, işi görən şirkət əməkdaşları buna əhəmiyyət vermirlər.
Qeyd edək ki, “Kristal Abşeron” şirkəti deputat Ağalar Vəliyevə məxsusdur.

Şirkətin mövqeyini təqdim etməyə çalışacağıq.