İordaniya parlamentində deputatlar ölkə konstitusiyasına olunacaq dəyişiklikləri müzakirə edərkən ciddi mübahisə yaranıb.
Editor.az lent.az-a istinadən xəbər verir ki, iclas canlı yayımlansa da, deputatlar dava etməkdən çəkinməyiblər.
Müzakirəni izləyən insanlar deputatların əlbəyaxa davasının şahidi olublar.
Yaranmış vəziyyətlə əlaqədar iclasa yarım saat fasilə verilib.

