Deputatlar xanımlarına 8 Martda nə alacaqlar? – “Ən yaxşısı konvertdə puldur”backend

Deputatlar xanımlarına 8 Martda nə alacaqlar? – “Ən yaxşısı konvertdə puldur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
8 mart Beynəlxalq Qadınlar Günüdür. Azərbaycanda bu bayram 1917-ci ildən qeyd edilir. 1977-ci ildə isə BMT 8 mart tarixini Beynəlxalq Qadınlar Günü kimi elan edib. Həmin gün qadınlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılır.
 
 
Maraqlıdır, bəs millət vəkilləri xanımlarına hansı hədiyyələri alırlar?
 
Bununla bağlı Bakupost.az millət vəkilləri arasında sorğu keçirib.
Millət vəkili Aqil Abbasın sözlərinə görə, xanımına ən böyük hədiyyə özüdür:
“Xanıma ən böyük hədiyyə özüməm. Qız nəvələrimə isə kukla alacağam”.
Millət vəkili Ceyhun Məmmədovun fikrincə, xanıma ən yaxşı hədiyyə güldür:
“Xanıma gül dəstəsi alacağam.Çünki ən çox xoşuna gələn hədiyyə güldür”.
Milət vəkili Razi Nurullayev də xanımına hər zaman gül dəstəsi hədiyyə etdiyini bildirib:
“Evdə həyat yoldaşım və iki qızım var. Bu dəfə hər üçünə bir gül alacağam. Daha sonra onları yeməyə aparacağam”.
Millət vəkili Arzu Nağıyev müasir dövrdə xanıma ən yaxşı hədiyyənin pul olduğunu diqqətə çatdırıb:
“Düşünürəm ki, müasir zamanda xanıma nə lazımdırsa, onu hədiyyə kimi almaq lazımdır. Ən yaxşı hədiyyə konvertin içində puldur. Ona görə ki, özünə nə lazımdırsa, bu pulla gedib ala bilər Gülü də unutmaq olmaz”.
Millət vəkili Azər Badamovun da fikrincə, xanım üçün ən gözəl hədiyyə güldür:
“Ona görə də hər bayramda xanıma gül hədiyyə edirəm. Yəqin ki, bu 8 Martda da qızılgül alacağam”.
Millət vəkili Vüqar Bayramov bildirib ki, 8 Martda ilk anasını təbrik edir:
“Ənənəvi olaraq 8 Martda ailəvi olaraq anamın ziyarətinə gedirik və hədiyyəsini təqdim edirik. Eyni zamanda, 8 Mart xanımlar üçün xüsusi bir gün olduğuna görə evdə ailə üzvlərimə hədiyyələr alıram və təbrik edirəm. Adətən həmin gün xüsusi planlarımız olmur”.
Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, xanımına hədiyyə olaraq gül almağı sevir:
“Ona görə də 8 Martda yenə gül alacağam. Çünki xanım özü də gülləri çox sevir”.
Millət vəkili Müşfiq Cəfərov adətən həyat yoldaşına gül hədiyyə etdiyini deyib:
“Lakin son bir ay ərzində xanımın nə istədiyini müəyyənləşdirirəm, onu yadda saxlayıb hədiyyə kimi alıb özünə təqdim edirəm”.