Gürcüstanın Quriya kənd məktəbində qəza nəticəsində iki nəfər xəsarət alıb.
Editor.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. “Rustavi 2”nin məlumatına görə, hadisə Kvemo Natanebi kəndindəki məktəbdə baş verib. Sinif otaqlarından birində dərs zamanı tavan uçub.
Xoşbəxtlikdən uşaqlara zərər dəyməyib. Xəsarət alan böyüklər şagirdlərdən birinin anası və məktəbdə təmizlik işçisidir. Valideynlərə yüngül xəsarət diaqnozu qoyulub.
Lakin məktəb işçisi xəstəxanaya yerləşdirilib və huşsuz vəziyyətdə olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Dərs ilinin başlanmasından cəmi bir neçə gün sonra baş verən fövqəladə vəziyyətin səbəbləri hələlik məlum deyil.
//Samir Qurbanov, Editor.az