“Dəstəyi ikiqat artıracağıq, Putinə qarşı isə…” – Boris Consonbackend

“Dəstəyi ikiqat artıracağıq, Putinə qarşı isə…” – Boris Conson

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Baş naziri Boris Conson İcmalar Palatasında çıxış edib.

Hakim Mühafizəkarlar Partiyasından olan deputat Conni Merserin Ukraynaya daha çox hərbi yardım göstərilməsi çağırışına cavab olaraq Conson onun tamamilə haqlı olduğunu, hərbi və müdafiə dəstəyini ikiqat artırmalı olduqlarını söyləyib.

“Eyni zamanda, dostlarımız və tərəfdaşlarımızdan heç kimin sanksiyalardan geri çəkilməməsini təmin edəcəyik. Əslində Vladimir Putinə iqtisadi təzyiqi artırmalıyıq, sanksiyaların ləğvi tamamilə ağlasığmazdır. Hesab edirəm ki, tamamilə bu haqda düşünülməməlidir”, – baş nazir bildirib.

Boris Conson vurğulayıb ki, fərdi və qurumlara qarşı sanksiyalarda heç bir geriyə dönüş olmamalıdır.

Bundan əvvəl Consonun sözçüsü jurnalistlərə bildirib ki, İngiltərə baş naziri Nazirlər Kabinetinin iclasında təktərəfli atəşkəsin Rusiyaya qarşı sanksiyaların ləğvi üçün səbəb olmayacağını deyib.

Teleqraf.com