“Deyirlər ki, ailə dağıdıb evlənib, yoldaşımın qızı ilə münasibətim yoxdur, oğlu ilə isə..”backend

“Deyirlər ki, ailə dağıdıb evlənib, yoldaşımın qızı ilə münasibətim yoxdur, oğlu ilə isə..”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki övladım var. Elvin və Sofiya. Sofiya prokurorluqda oxuyur, 5-ci kursda. İşlə əlaqədar 7 il Almaniyada yaşadım”.

Bunu “Zaurla Günaydın” verilişinə açıqlamasında Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəy deyib.

Rəqsanə daha sonra həyat yoldaşının övladlarından danışıb.

“Elvinlə münasibətlərimiz çox yaxşıdır. Fazil müəllimdən çox mənimlə dərdləşir. Bəzən deyirəm ki, Elvin Aysunun ad gününə gedə bilmirəm, sən get. Hər dəfə də ona deyirəm ki, səni azərbaycanlı qızla evləndirək, atan azərbaycanlıdır. Deyir ki, kiminsə qızını bədbəxt edə bilmərəm. Onu da qınamıram, çünki Rusiyada yaşayıb. Qızı Sofiya ilə münasibətim yoxdur, o anasının yanındadır. Anası milliyətcə rusdur. Bəzən izləyicilərim yazır ki, kiminsə evini dağıdıb, ailə qurub. Vallah mən Fazil müəllimlə ailə həyatı quranda o çoxdan ayrılmışdı” deyə müğənni bildirib. /moderator.az