Dəyişməyən xislət: Ermənistanın Kirants kəndinin sakinləri mülklərini dağıtmağa başlayıblarbackend

Dəyişməyən xislət: Ermənistanın Kirants kəndinin sakinləri mülklərini dağıtmağa başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Kirants kəndinin sakinləri mülklərini dağıtmağa başlayıblar. Bu barədə yerli KİV məlumat yayıb.

Bundan əvvəl bildirilmişdi ki, Ermənistan hakimiyyəti yerli sakinlərə iyunun 24-dək evlərini tərk etməyi əmr edib. Kəndi Azərbaycana qaytarmazdan əvvəl orada yaşayan kənd sakinlərinin bəziləri evlərini sökmək niyyətindədirlər.

Xatırladaq ki, aprel ayında Azərbaycan və Ermənistan nümayəndələri arasında Sərhədlərin Delimitasiyası üzrə Dövlət Komissiyasının 8-ci iclası keçirilib və iclasda Azərbaycanın Qazax rayonunun 4 kəndinin dinc yolla Bakının nəzarətinə qaytarılması barədə qərar qəbul edilib. Sərhəddə delimitasiya və demarkasiya işlərinə düz bir ay əvvəl, aprelin 23-də başlanılıb.

//Samir Qurbanov, Editor.az