DGK-da Xəzər İsayev müəmması: Məzuniyyətə göndərilsə də…backend

DGK-da Xəzər İsayev müəmması: Məzuniyyətə göndərilsə də…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi (DGK) İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevin işdən çıxarılması ilə bağlı iddialar yayılıb.

Editor.az xəbər verir ki, polkovnik Xəzər İsayev vəzifəsinin icrasından kənarlaşdırılaraq, məzuniyyətə göndərilib.

Məlumata görə, Xəzər İsayevlə DGK-nın sabiq sədri Səfər Mehdiyevlə ciddi mübahisəsi olub. Mübahisənin yaranmasına səbəb isə İdman-Sağlamlıq Mərkəzində aparılan audit yoxlaması zamanı ciddi maliyyə pozuntularının aşkarlanması olub. Yoxlama zamanı 500 min manatdan artıq vəsaitin yoxa çıxması müəyyən edilib.

Bundan sonra Xəzər İsayev Səfər Mehdiyev tərəfindən vəzifəsinin icrasından uzaqlaşdırılsa da, rəsmi olaraq baş direktor vəzifəsindən kənarlaşdırılmayıb.

Son aylar gömrük orqanlarında aparılan yoxlamalar İdman-Sağlamlıq Mərkəzindən də yan keçməyib. Nəticədə polkovnik Xəzər İsayev yenə də öz hesabına məzuniyyətə göndərilib. Onun vəzifəsində qalıb-qalmayacağı bəlli deyil.

İdman-Sağlamlıq Mərkəzindən bildirilib ki, hazırda qurumun baş direktor əvəzi Adıgözəl Rəcəbovdur.

Xəzər İsayev özü telefon zənglərinə cavab verməyib.

DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə Xəzər İsayevin işdən çıxarılması ilə bağlı məlumatı təkzib edib./Qaynarinfo