Argentina milli komandasının təcrübəli sağ cinah oyunçusu Angel Di Maria Argentina milli komandasındakı karyerası ilə bağlı açıqlama verib.
Editor.az “Sporx” a istinadən xəbər verir ki, Venezuella ilə oyundan sonra Di Maria milli karyerasını başa vurduğunu açıqlayıb.
“Mənə göstərilən inanılmaz sevgi üçün minnətdaram. Bu gecə yaşananlar mənim uşaqlıq xəyallarım idi. Çox böyük ehtimalla bu Argentina forması ilə oynayacağım son oyundur. Hər kəsə dəfələrlə təşəkkür edirəm. Bir yerdə inkişaf etirməyə və xəyal qurmağa davam etməliyik. İrəli Argentina”- deyə Di Maria bildirib.
Qeyd edək ki, Di Maria Argentinanın əsas komandasının heyətində 122 oyunda 24 dəfə fərqlənib.
//Nəzərbəy Hacıağayev, Editor.az

