Di Mariya “Yuventus”la razılaşıbbackend

Di Mariya “Yuventus”la razılaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSG-nin argentinalı ulduzu Anxel Di Mariya ilə bağlı yeni bir iddia ortaya atılıb.

Editor.az “sporx” a istinadən xəbər verir ki, keçən mövsüm A seriyada gözlənilən performansı sərgiləməyən “Yuventus” növbəti mövsüm üçün iddialı bir heyət formalaşdırmağa başlayıb. Turin təmsilçisi mövsümün sonunda PSG ilə müqaviləsi sonlanacaq oyunçu ilə razılaşıb. Razılaşmaya əsasən Di Mariya ilinə 7 milyon avro qazanacaq. Müqavilənin “1+1” il müddətində olduğu bildirilir.

Qeyd edək ki, Di Mariya bu mövsüm PSG forması ilə meydana çıxdığı 30 oyunda 4 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy, Editor.az