Dibala “İnter” yolundabackend

Dibala “İnter” yolunda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paulo Dibala bu mövsümün sonunda İtaliya nəhəngi “Yuventus”dan ayırılacaq. Editor.az “sporx” a istinadən xəbər verir ki, onun yeni klubu İtaliyanın digər nəhəng klubu  “İnter” ola bilər.

“La Gazzeta dello Sport”un manşetində yer alan xəbərə görə, argentinalı oyunçu gələn təkliflərdən ən çox üstünlüyü “İnter”in təklifinə verir. Qəzet hətta oyunçu ilə klub arasında razılaşmanın əldə olunduğunu bildirir. Razılaşmaya əsasən Dibala ilə dörd illik müqavilə imzalanacaq və Paulo maaşından əlavə olaraq 6 milyon avro qazanacaq.

Qeyd edək ki, argentinalı ulduzla “İnter”lə yanaşı İngiltərə təmsilçiləri “Mançester Yunayeted”, “Nyukastl”, “Arsenal” , “Tottenham” və İspaniya təmsilçisi “Atletiko Madrid” maraqlanır.

Xatırladaq ki, bu mövsüm “qoca sinyora”nın heyətində 35 dəfə forma geyinən Paulo Dibala 14 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy, Editor.az