ABŞ-da “Diddy” ləqəbli amerikalı prodüser və reper Sean Combs-a qarşı 16 yaşlı uşaq da daxil olmaqla, 6 nəfəri cinsi istismara məruz qoyduğu iddiası ilə yeni iddialar qaldırılıb. “Jane and John Does” ləqəbindən istifadə edən 4-ü kişi olmaqla, 6 nəfərin şikayəti əsasında “Diddy” ləqəbli reper Kombs haqqında yeni iddialar qaldırılıb.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, məşhur reper 6 nəfərə qarşı cinsi zorakılıq, təcavüz, zorlama, narkotik vasitələrdən istifadə və məcburiyyət kimi bir sıra cinayətlərdə ittiham olunur.
İddiaçılar Kombs tərəfindən cinsi təcavüzə və zorakılığa məruz qaldıqlarını söyləyən 100-dən çox insan arasında olduqlarını deyiblər. Con Does ləqəbli şəxs iddiaçı 16 yaşında məşhur olmaq ümidi ilə Combs tərəfindən təşkil edilən məclislərdən birinə qatıldığını və məclisdə repçi tərəfindən cinsi istismara məruz qaldığını iddia edib. İddiaçı məşhur reperin tələblərini yerinə yetirməyəndə “məşhur olmaq istəmirsən?” kimi ifadələr ilə təzyiqlərə məruz qaldığını bildirib. Başqa bir iddiaçı 2004-cü ildə Kombsun məşhur partiləri zamanı repçi tərəfindən narkotik qəbul etməyə və cinsi əlaqəyə girməyə məcbur edildiyini deyib. İddiaçı tələbləri yerinə yetirmədiyi təqdirdə ölümlə hədələndiyini bildirib. Digər iddiaçı Kombsın zorakılıq etdiyini və partiyalar zamanı ona təcavüz etdiyini söyləyib.
//Gülnarə Abasova, Editor.az

