DİFFAMASİYA  ilə bağlı ciddi araşdırmalar gedir: “Medianın qanuni müstəviyə daşınması müsbət haldır”backend

DİFFAMASİYA  ilə bağlı ciddi araşdırmalar gedir: “Medianın qanuni müstəviyə daşınması müsbət haldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə bildirib ki, “Media haqqında” yeni qanun layihəsinin qəbulu ilə “Televiziya yayımı haqqında” və “KİV haqqında” qanunlar qüvvədən düşəcək.

Ə. İsmayılov diffamasiya ilə bağlı araşdırmalar getdiyini də diqqətə çəkib:

“Bununla bağlı ciddi işlər görülür. Hazırda həmin sənəd hazırlıq mərhələsindədir. Cinayət Məcəlləsindən 147, 148, 148.1 (böhtan və təhqirə dair) maddələrin çıxarılması ilə bağlı işlər davam etdirilir”.

Mövzu ilə əlaqədar Editor.az-a danışan  əməkdar jurnalist, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi  bildirib ki,  “Media haqqında” yeni qanun layihəsi ilə daha öncədən də tanışdır:

“Həmkarlarımızla birlikdə daha öncə müzakirəsində iştirak etdiyim yeni layihə bir növ Media Məcəlləsidir. Bütövlükdə medianın bütün seqmentlərini, bütün platformalarə əhatə edəcək kimi düşünülüb. Əlbəttə, diffamasiya önəmli məsələdir; necə deyərlər, “saqqallı” problemdir. Onun həlli qanunvericilikdə və real media sektorunda çox önəmlidir. Jurnalisti böhtana, təhqirə görə həbs etməməyi, bu səbəblə cinayət təqibini istisna edər. Ancaq qanunvericilikdə başqa məsuliyyət növləri də var. Hər cür qanunsuz əməl kimi böhtan və təhqirin də məsuliyyəti var. Tək cinayət məsuliyyəti deyil. Maddi, mülki, inzibati məsuliyyət növləri də var. Bütövlükdə medianın qanuni müstəviyə daşınması müsbət haldır. Eyni zamanda praktik olaraq da media azadlığına imkan yaradılması lazımdır. Düşünürəm ki, proses bu istiqamətdə getməlidir. Jurnalistikanın əvvəlki mövqeyini bərpa etməliyik. Buna hamılıqla çalışmalıyıq. Qanunvericilik də bu mexanizmlərdəndir”.

//Gülnarə Abasova, Editor.az