Digər rayonlarımızın da mina xəritəsini Ermənistandan sökə-sökə alacağıq-Deputatbackend

Digər rayonlarımızın da mina xəritəsini Ermənistandan sökə-sökə alacağıq-Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarına məxsus minalanmış ərazilərin xəritəsini Cənab Prezident İlham Əliyevin qətiyyətli, iradəli diplomatiyasının nəticəsində Ermənistan tərəfindən məcburi şəkildə aldıq. Bu reallıqdır ki, o xəritələr bizə könüllü şəkildə verilmədi. Hətta Ağdam rayonunun mina xəritələri alınana qədər Ermənistan tərəfi onlarda belə bir xəritələrin mövcud olmasını belə inkar edirdilər”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu diplomatik gedişləri və Azərbaycan xalqının birliyi, əzmi sayəsində qalib ölkə olaraq digər rayonlarımızın da mina xəritəsini Ermənistandan sökə-sökə alacağıq:

“Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi təhlükəsizlik baxımından minalanmış əraziyə vətəndaşlarımızın köçürülməsi qeyri-mümkündür. Buna görə də xəritələr alındıqca minatəmizləmə prosesi daha da sürətlənəcək və təhlükəsizlik tam bərpa olunacaq. Azərbaycan dövlətinin Qarabağın dirçəldilməsi ilə bağlı yaratmış olduğu imkanlar nəticəsində qısa müddətdə qaçqın və köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar”.

 

//Editor.az, Gülnarə Abasova