Digistudies: PR – ın yeni sərhədi-Müjgan Əliyevanın yazısıbackend

Digistudies: PR – ın yeni sərhədi-Müjgan Əliyevanın yazısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimaiyyətlə əlaqələr hal-hazırda dünyada sürətlə inkişaf etməkdə olan sahələrdən biridir. Sözü gedən sahənin keçmişinə nəzər yetirdiyimiz zaman xüsusi ilə qeyd edə bilərik ki, ictimaiyyətlə əlaqələrin əsası Edvard Bernays tərəfindən qoyulmuşdur. Bernays psixoanalizin qurucusu olaraq tanınan Ziqmund Freydin əsərlərini ingilis dilinə tərcümə etmiş və psixologiya ilə ictimaiyyətlə əlaqələr arasında möhkəm bir əlaqə yaratmışdır. Bu səbəblə, təsadüfi deyil ki, Bernays bu sahə üzrə olan fəaliyyətinin uzun bir hissəsini kütlənin psixologiyasının araşdırılmasına həsr etmişdir.

Bernaysın bu sahə üzrə olan ən böyük uğurlarından biri tütün məhsullarının satışını maksimum dərəcədə artıran “Lucky Strike” kampaniyasıdır. Şirkət, qadınlara siqaret çəkmədikləri üçün bazar paylarının yarıbayarı azaldılması problemi ilə bağlı Bernaysa müraciət edir. Freydin əsərlərindən ilham alan Bernays, sosial məkanda qadınlar üçün siqaretin simvolik mənasını araşdırmağa başlayır.

Araşdırma nəticəsində siqaretin cəmiyyətdə bir kişi imtiyazı olaraq qəbul edildiyini və kişilərlə bərabər statusa sahib olma və azadlıq əmtəəsi anlayışı ilə dövrün qadınlarının siqareti tanıdığını anlayır.

Bernays 10 məhşur gənc qadına, Nyu-Yorkun ən sıx küçələrində “Azadlıq Məşəlləri” simvolu kimi siqaret çəkməklərinə fürsət yaradır. Bundan əlavə, qadınların yaşıl siqaret paketlərini mənimsəmələri üçün Vogue, Harper’s və Bazaar kimi məşhur moda jurnallarının dəstəyi ilə bütün geyimlərin yaşıl olduğu bir ziyafət təşkil edir. Bütün bu strategiyalara uyğun olaraq Lucky Strike satışları sürətlə inkişaf edirdi. Siqaret alanların yalnız 5% -i o dövrdə qadın idi, bu nisbət 1929-cu ildə 12,5% -ə, 1960-cı illərədək isə 30% -ə yüksəldi.

Demək olar ki, hal-hazırda dünyada icra edilməkdə olan bütün PR layihələr daima Bernaysın təcrübələrindən faydalanmaqdadır. İcra edilən ən uğurlu PR layihələr mütəmadi olaraq Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiyasiyası (İPRA) tərəfindən mükafatlandırılmaqla yanaşı, bütün dünyaya nümunə olaraq göstərilməktədir.

Lakin təəsüflər olsun ki, Azərbaycanda sözü gedən sahə üzrə çox böyük boşluqlar vardır.

Ölkəmizdə PR üzrə mütəxəssis çox zaman mətbuat katibi, bəzən marketoloq, sosial media idarəçisi olaraq fəaliyyət göstərir. Bir çox hallarda isə sözü gedən mütəxəssis bütün bu fərqli sahələrin işini tək başına yerinə yetirməyə məcbur olur.

Təəssüf doğuran digər bir məsələ isə, PR mütəxəssisi olaraq çalışan xanımların, şirkətin reklam xarakterli posterlerində bir model kimi yer almasıdır. Bir çox hallarda hətta bu cür yanaşmanın məcburi olaraq tətbiq edilməsi, sözü gedən sahə üzrə çalışan xanımların işini daha da çətinləşdirməkdədir.

Bu sahə üzrə olan ən böyük boşluğun əsl səbəbi isə, PR üzrə mütəxəssis vəzifəsində tamamilə ilə fərqli bir sahənin məzunlarının çalışmasıdır.

PR üzrə mütəxəssis səlis, düzgün nitq qabiliyyətinə və kommunikasiya bacarıqlarına malik olmalı, bədən dilini düzgün istifadə etməyi bilməlidir. Bununla yanaşı, kommunikasiyanın nəzəriyyəsini və bu sahə üzrə olan nəzəri biliklərə mütləq şəkildə malik olmalıdır. Bu sadalanan meyarlara malik olmadan, uğurlu bir PR layihəni (strategiyasını) icra etmək mümkün deyil.

Ölkəmizdə bu sahə üzrə olan boşluqlardan yola çıxaraq, bu sahə üzrə təlim və tədris edilməsi üçün bir vəsait toplusu hazırlandı. “Digistudies” başlığı altında birləşdirilən bu təlim programları, kitablar və dərs vəsaitləri bir bütün olaraq PR-ın bütün istiqamətlərini əhatə etməkdədir.

“Digistudies” başlığı altında təqdim olunan programın əsas hissəsini böhran kommunikasıyası, kütlə psixologiyası, şüurlatı mesajların tətbiqi, markanın idarə edilməsi, korporativ sosial məsuliyyət, reputasiyanın idarə olunması, yeni media və s. istiqamətlər təşkil edir. Korporativ sosial məsuliyyət haqqında olan və yaxın zamanda İstanbulda nəşr ediləcək kitab “Kurumsal sosyal sorumluluğun yeni gözdesi: Kadınlar” “Digistudies”-in bir parçasıdır.

Eyni zamanda “Digistudies”-in sosial şəbəkələrdə olan səhifələrində “Digi Talks” başlığı altında gənclər üçün mütəmadi olaraq fərqli mövzuları əhatə edən maraqlı vebinarlar keçiriləcəkdir. Sözü gedən vebinarların əsas məqsədi, gənclərə ictimaiyyətlə əlaqələr sahəsini aşılamaqla yanaşı, onların təhsil və inkişafları yolunda faydalı olmaqdır.

MÜJGAN ƏLİYEVA

“Digistudies”-in təsisçisi,
PR üzrə mütəxəssis,
Bakı Dövlət Universitetinin mühazirəçisi,
İstanbul Aydın Universitetinin magistr elmi dərəcəsi üzrə fəxri məzunu