Dilənçinin əl ağacından çıxan pul hər kəsi şoka saldıbackend

Dilənçinin əl ağacından çıxan pul hər kəsi şoka saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Sivas şəhərində zabıta tərəfindən saxlanılan dilənçinin əl ağacından 7 min lirədən çox pul tapılıb.

Sivas Bələdiyyəsi Zabıta Müdirliyi qrupları, xalqın mənəvi duyğularını istismar edən dilənçilərə qarşı keçirdikləri əməliyyatda, zabıtadan qaçmağa çalışan M.Y. və A.İ.E. adlı iki dilənçini tutub. Dilənçilər Zabıta Müdirliyinə aparılıb.

A.İ.E. adlı dilənçinin qoltuq dəyənəklərindən şübhələnən qruplar, sapını çıxardıqları zaman boru hissəsində gizlənmiş 7 min lirədən çox pul tapıb.

//Samir Qurbanov, Editor.az