Dilqəm Əsgərovun saxlanıldığı yer MƏLUM OLDUbackend

Dilqəm Əsgərovun saxlanıldığı yer MƏLUM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun saxlanıldığı yer bəlli olub.

Bu barədə Modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

O bildirib ki, ermənilər girovu əvvəlcə Qorisə, daha sonra Şıraka aparıblar:

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının dünən mənə verdiyi məlumata əsasən, atam Dilqəm Əsgərovu Şuşa həbsxanasından çıxararaq öncə Qorisə aparıblar. Bir müddət orada saxladıqdan sonra Şiraka aparıblar. Noyabrın 13-dən atam Şirak vilayətindəki həbsxanada saxlanılır. BQXK əməkdaşları həbsxanada atamgilə baş çəkdikdən sonra bizə məlumat verdilər. Bildirirlər ki, hər şey normaldır, vəziyyət nəzarətdə saxlanılır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) erməni girvoluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağdan Ermənistana köçürüldüyünü açıqlamışdı.

Bildirək ki, D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.