Dilqəm və Şahbazla bağlı məsələ Ermənistan üçün prinsipial idi-Politoloqbackend

Dilqəm və Şahbazla bağlı məsələ Ermənistan üçün prinsipial idi-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əsirlərin, xüsusilə də, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması məsələsi Ermənistan üçün prinsipial bir məsələ idi”.

Bu sözləri Editor.az -a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Politoloqun sözlərinə görə, bunun səbəbi Dilqəmlə Şahbazın öz tarixi torpaqlarına səfər edərək, ata -baba məzarlarını ziyarət etmələri ilə dünyaya verdikləri mesajdır: “Bu bir növ dünyaya mesaj idi ki, bura bizim tarixi torpaqlarımızdır, burada bizim valideynlərimizin, dədə-babalarımızın məzarları var. Biz bu torpaqlara mütləq qayıdacağıq. Ona görə də, Ermənistan onlarla bağlı məsələyə çox aqressiv reaksiya verdi. Ermənistan qeyri -qanuni olaraq Dilqəmlə Şahbazı girov saxladı. Azərbaycan onların həbsdən azad edilməsi ilə bağlı dəfələrlə məsələ qaldırsa da, Ermənistan tərəfi buna hər hansı reaksiya vermək istəmirdi və cinayətkar əməllərini davam etdirirdi”.

Politoloqun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin diplomatiya səhnəsindəki uğurundan, həmçinin Azərbaycan Ordusunun döyüş meydanında möhtəşəm qələbəsindən sonra qarşı tərəf Azərbaycanın şərtlərini yerinə yetirmək məcburiyyətində qaldı: “Əsir və girovlarımız artıq öz vətənlərindədir. Təbii ki, bu kompleks bir prosesin tərkib hissəsidir və önəmli bir hadisədir.”

Gülnarə Abbasova, Editor.az