Dilşad Musa:”13 il ərzində bir dəfə də olsun övladına aliment verməyən biri ilə ailə qurdum”backend

Dilşad Musa:”13 il ərzində bir dəfə də olsun övladına aliment verməyən biri ilə ailə qurdum”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“13 il ərzində bir dəfə də olsun övladına aliment verməyən biri ilə ailə qurdum”.

Bu sözləri Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Musa Editor.az-a açıqlamasında bildirib.

“Analar özləri ilə , övladları ilə fəxr edəcək , qürur duyacaq , bağrına basıb öpəcək. Atalar” isə elə kənardan mənim oğlum , qızımdır deyə biləcək…Baş verən hadisələrə həmişə empati hissi ilə qarşılıq verirəm . Bəzi hadisələrdə isə heç ona da ehtiyac qalmır . Fəxrəddin Həsənzadənin təşəbbüskarı olduğu Aliment Fondunun yaranması ilə bağlı müxtəlif fikirləri günlərdir dinləyirəm . Çəkilişlər bizim studiyada olduğu üçün hamısını eşitmək şansım olur . Həm gözəl fikirlər səslənir , həm də dəstək olmaları üçün xanımlarımız birliklə bütün güclərini ortaya qoymağa hazırdılar . Mən isə bütün bunları yaşayan bir ana kimi , bir qadın kimi hisslərimi ifadə etmək istərdim. Ailə nədir ? Qurulduğu gündən hər hissi , sevgini , kədəri , acını , şirini bərabər dadmaqdır . Əgər bunları bərabər yaşaya bilmirsənsə , heç dünyaya gələn uşaq da o ailəni qurtara bilməz . Çünki uşağa ailəni bağlayan bağ kimi baxırlar . Elə deyil… Qadın sevgi olmayan yerdə qalmır . Qadın yaxşı kişini heç zaman buraxmır . Pis tərəflərini yaxşıya qurban edir . Ailə dağılıbsa , çox zaman qadınlar imtina edir . Təbii ki , istisna hallar olur . Əksər hallarda isə qadın gedir və
özü ilə bərabər 1,2,3 və ya daha çox uşağı aparır. Kişi isə tək qalır, itirən hər tərəfli o olur . Sonra isə uşaq sayına görə aliment tələb olunur, oda insaflısı olsa vaxtında aliment verir, olmayanda da heç vermir . Yenə də nəticə eyni yerə gəlib çıxır .
Birmənalı şəkildə kişilər alimenti özünə yük bilir . Dediyim kimi empati hissim yüksəkdi . Amma indi onu yaşamış bir ana olaraq deyirəm . 13 il ərzində bir dəfə də olsun övladına aliment verməyən biri ilə ailə qurdum . Bütün qızlar kimi ağ gəlinlik geyinib xəyallarda uçurdum. Çox çəkmədi o xəyallar … Olsun, Allah mənə ən gözəl payı qismət elədi . Artıq o gündən onu qorumaq , böyütmək , tərbiyə vermək mənim məsuliyyətim idi, mənim analıq borcum idi… Bəli artıq Musanın 14 yaşı var … Onu böyütmək asan mı oldu ? Xeyr … Asan olan heç nə yoxdu … Məktəbdə Musaya “ sən kimsəsizsən .. səni ancaq nənən – baban gətirir” kimi deyilən sözlər bizi bugün biz etdi . Çəkdiyimiz o acılar bizi böyütdü. Hətta bugün Dilşad Musa olmuşamsa, o acılar sayəsində olmuşam. Buna görə təşəkkür də edirəm. Məni böyütdüyünüz üçün, eyni məsələyə daha fərqli yanaşacaq qədər ağıllandırdığınız üçün bir ömür sizə minnətdaram, mənim keçmiş acılarım. Sizin sayənizdə bugün valideyn – uşaq mövzusunda mütəxəssis belə olmuşam. Anası mən olduğum üçün Musa şanslı oldu . 7 ay əvvəl məhkəmədən zəng gələnə qədər Musa aliment sözünü eşitməmişdi, nə olduğunu bilmirdi. Yenə də demədim, həmin gün özü araşdırdı bildi. Və dediyi cümlə tək bu oldu : “ Mənə hər ay pul verməli idi, vermir ? Olsun mama, ona ehtiyacımız yoxdu”. Çünki Musanın həqiqətən də ehtiyacı yoxdu. Nə maddi, nə mənəvi … O, sevgi ilə böyüyən xoşbəxt uşaqdır. O, adına layihələr edilən gözəl övladdır”.

Dilşad Musa təhsili, savadı və ən əsası güclü iradəsi olduğu üçün bütün çətinliklərlə baş edə bildiyini vurğulayıb:

” Axı bütün xanımlarımız belə deyil.Onlar haqlarını necə tələb edəcəklərini bilmirlər heç. Bax həmin o xanımların , anaların səsiyəm mən. Ataların ay ərzimdə verdiyi və ya verəcəyi o aliment bəzən heç yaraya dərman da deyil. O, sadəcə ananın ürəyinə təpərdi .O, uşağın özünü sevimli hiss etməsidi .Əks halda uşaqlar özünü atılmış hiss edir. Travmalarla böyüyür . Ətrafa aqressiv davranırlar. Atalar , siz o alimenti verməklə uşağınıza sadəcə onun dəyərli olduğunu hiss etdirirsiniz. Öz canınızdan bir parçanı necə kənara ata bilirsiniz ? Öz qanınızdan birini necə heç hesab edə bilirsiniz ? Alimenti vermək sizi başı uca edər. İnsanlıq vicdanınız rahat olar . Əgər varsa … Amma yox siz heç tərpənmək istəmirsiniz tərpənməyin . Aliment Fondu yaradılsın. Siz sevə bilmədiyiniz uşaqları dövlət sevəcək , qayğısına qalacaq . Və sizdən də o alimenti necə almaq lazımdı dövlət onu bacaracaq. Bəli , verilən alimentə tək uşağın maddi rifahı deyil mənəvi rahatlığı olacaq. Dəyərli olduğunu hiss edəcək və dövlət gələcək üçün sağlam düşüncəli uşaqlar böyüdəcək”.

Qeyd edək ki , Aliment Fondunun yaradılması ictimai vəkillik proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltinq və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir.