DİM-in 4 elektron xidmətinin fəaliyyəti ikigünlük dayandırılacaqbackend

DİM-in 4 elektron xidmətinin fəaliyyəti ikigünlük dayandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzinə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 2021-ci il 17-19 mart tarixlərində Mərkəzin bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

Bu barədə DİM-dən məlumat verilib. Qeyd edilib ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

//Milli.az