DİM magistraturada jurnalistikaya qəbul olmaq istəyənlərə müraciət edibbackend

DİM magistraturada jurnalistikaya qəbul olmaq istəyənlərə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün qeydiyyatdan keçən bakalavrlara müraciət edib.

DİM-dən verilən xəbərə görə, Mərkəzin internet saytında sorğu anketini doldurmaqla qeydiyyatdan keçənlər “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və iyunun 9‑dan etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Bundan əlavə, magistraturaya qəbul olmaq üçün 68, 69 və 70 saylı proqramları seçən bakalavrlar da “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 1-3 iyun tarixlərində aparılıb. Qeydiyyatdan keçən bakalavrlar “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib 10–17 iyun tarixlərində vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.