“DİM sədrinin çıxışı birbaşa kommersiya maraqlarına xidmət edir” – Təhsil ekspertindən SƏRT TƏNQİDbackend

“DİM sədrinin çıxışı birbaşa kommersiya maraqlarına xidmət edir” –Təhsil ekspertindən SƏRT TƏNQİD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” DİM sədrinin özəl hazırlıq kurslarını ittiham etməsi dövlət qulluqçularının etik davranış qaydalarına uyğun deyil. Qanun deyir ki, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Amma biz DİM sədrinin müvafiq açıqlamasında bunu görmürük. DİM sədri hazırlıq kurslarının təşkil etdiyi sınaqları ittiham edir. Halbuki, bu DİM-in sınaqlarına son illər müraciətlərin az olmasından doğan ikraha görədir”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, bildirib ki, qanuna görə dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir:

“Amma DİM sədrinin çıxışı birbaşa kommersiya maraqlarına xidmət edir və abituriyentləri hazırlıq kurslarının sınaq imtahanlarına yox, DİM-in sınaqlarına yönəltmək məqsədi daşıyır. DİM sədrinin çıxışı birbaşa hazırlıq kurslarının işgüzar nüfuzunu ləkələyən çıxışdır və ölkədə qeyri neft sektorunun inkişafına mənfi təsir göstərir. DİM sədri deyir ki, kursların test tapşırıqları standartlara uyğun deyil. Hansı standartlara? DİM-in özünün test tapşırıqları standartlara uyğundurmu?”

” Əvvəla, dərslik əsas tədris resursu olsa da, yeganə deyil, dövlət standartları var və müəllim dərsliyi kənara qoyub həmin standartlara əsasən dərslərini keçə bilər. Buna deyirlər, standartı reallaşdıra bilmək. Amma hələ də biz reallaşdırmırıq, uşağa dərsliyi əzbərlədirik. DİM dərslikdən deyil, həmin standartlardan çıxış edərək müstəqil olaraq tapşırıqlar hazırlaya bilər. Amma hələ də DİM şagirdə/abituriyentə dərslikdən əzbərə söykənən tapşırıqlar təqdim edir, yadda saxlamanı tələb edir”

“Sadə bir misal gətirim. Şagirdə Vl sinifdə hansısa “X” nağıl keçirilir. Xl sinifdə şagirddən/abituriyentdən Ədəbiyyat fənni üzrə soruşulur: “X” nağılında “Y” obrazı “Z” obrazı ilə qarşılaşanda əynində hansı köynək vardı?
Təfəkkür beləmi formalaşdırılır?! Və ya beləmi yoxlanılır? Məsələn, şagirddən iki, üç fərqli parçanın oxşarlığını müəyyən etmək üçün tapşırıq tərtib etmək olar-necə ki mən aşağıda bir detal verəcəyəm:
Deyir: “Biz qəbul aparanda universitetlərin sifarişini yerinə yetiririk. Onlar bizə deyir ki, “Regionşünaslıq” ixtisasına gələn tələbə Coğrafiya fənnini bilməsə, olmaz… odur ki, lll qrupda Coğrafiya fənni TC altqrupuna (Həm doğru, həm yanlış tərəfləri var.) daxil edildi. İndi bu fikri tətbiq edək bizim problemə: Bəs filoloqların abituriyent olarkən əzbərləməli olduqları materiallar kimin, hansı ali təhsil müəssisələrinin “beyninin” məhsuludur, tələbidir?! Bunu kim tələb edir? Niyə bu qədər qəbul imtahanlarında həmin ali təhsil müəssisələrinin rəyi əgər varsa, nəzərə alınmır, yaxud soruşulmur?!
Və…Niyə alınmır və DİM imtahan sualları niyə “təfəkkür məktəbi” pafosundan sonra yenə “yaddaş məktəbi” girdabında ilişib qalır?!
Yaxud, niyə standartların şərhi, məzmunu, bilik bazası və bacarıq bazası, 13-14 ildir hələ də dəyişdirilmir? Axı 2008-ci ildə son fazaya keçən yeni proqramların əsas meydana gəlmə zərurəti dəyişikliklərə çevik reaksiya vermək idi. Son 20 ildə yəni heç nə mi dəyişmədi?!
DİM-də, Təhsil nazirliyi də hazırlıq kurslarına təşəkkür etməlidir, minnətdar olmalıdır. Çünki məhz kursların sınaqları sayəsində şagirdlər və abituriyentlər imtahan vərdişlərinə yiyələnirlər. Pandemiya dövründə DİM kağız daşıyıcılarda sınaq imtahanları təşkil etmədi. Amma kurslar çətin də olsa bunu etdilər və şagirdlər cavab kartında işləmək, sual kitabçasındakı fənlərə doğru vaxt ayırmaq vərdişinə yiyələndilər”.

Təhsil eksperti bildirib ki, bu gün qəbul imtahanlarının yüksək nəticələri məhz hazırlıq kurslarının və repetitorların nəticəsidir:

” DİM həqiqətən də abituriyentləri düşünürsə, qəbul imtahanlarında yalnız X və XI sinifin kitablarından test tapşırığı salmalıdır. Əgər DİM abituriyentləri düşünürsə, qəbul qaydalarını mütəmadi dəyişməməlidir və sadə formada imtahanlar təşkil edilməlidir. Hazırlıq kursları məhdud resurs və maliyyə imkanları hesabına dövlətin təhsil yükünü daşıyırlar. Ölkədə məşğulluq siyasətinə dəstək verirlər. Hesab edirəm ki DİM sədri, açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir”.

//Gülnarə Abasova, Editor.az