AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs həbs edilməsinə görə iddialar yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı APA-ya cavab olaraq bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib. Onun saxlanılmasında siyasi motiv yoxdur.

