DİN azərbaycanlı kikboksçu qadının sevgilisi tərəfindən döyülməsi ilə bağlı hərəkətə keçdi – FOTO/VİDEObackend

DİN azərbaycanlı kikboksçu qadının sevgilisi tərəfindən döyülməsi ilə bağlı hərəkətə keçdi – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır:

“Məsələ barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib.

O qeyd edib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.

Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb.

Nəticədə aralarında mübahisə yaranıb və danışıq dava ilə bitib.