DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”backend

DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”.

Bunu “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 400-dən artıq taksi sürücüsünə neqativ fəaliyyəti ilə bağlı cinayət və inzibati xəta tərkibi yaradan əməllərə bağlı müvafiq tədbirlər görülüb:

“Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Əsas diqqət ona yönəlib ki, nəqliyyat təsərrüfatında taksilərlə bağlı vətəndaş məmnunluğu təmin edilsin. Aidiyyəti dövlət qurumları ilə birgə kompleks işlər davam etdirilir”.