DİN: C.Cabbarlı adına kinostudiyanın anbarında baş verən partlayışda xəsarət alan yoxdurbackend

DİN: C.Cabbarlı adına kinostudiyanın anbarında baş verən partlayışda xəsarət alan yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.