DİN-də yüksək vəzifəyə TƏYİNATbackend

DİN-də yüksək vəzifəyə TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Editor.az oxu.az-a istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə yeni rəis təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Mehdixanov Ramin Rəfayil oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsindən azad olunaraq həmin idarənin rəisi vəzifəsinə təyin olunub.