DİN-dən ötən gün Bakıda baş verən insidentlə bağlı AÇIQLAMA – VİDEObackend

DİN-dən ötən gün Bakıda baş verən insidentlə bağlı AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün paytaxtın Sahil metrostansiyası yaxınlığında yerləşən Xəqani bağında insident olub.

sosial şəbəkədə paylaşılan görüntülərdə gənclərin mübahisə etdiyi görünür.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-nin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, videosu yayılan mübahisə iyunun 14-də gecə saatlarında Səbail rayonu ərazisində qeydə alınıb:

“Sözügedən mübahisədə xəsarət alan yoxdur. Tərəflər polisə müraciət edərək hər hansı şikayətlərinin olmadığını, aralarında anlaşılmazlıq olduğunu bildiriblər”.