DİN-dən polislərlə bağlı yayılan videoya reaksiya: “Montajdır” – YENİLƏNİBbackend

DİN-dən polislərlə bağlı yayılan videoya reaksiya: “Montajdır” – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TikTok” sosial şəbəkəsində polislərin xidməti maşında qadınla əylənməsi görüntüsü ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov açıqlama verib.

Yenisabah.az-a danışan M.Məsimov yayılan həmin görüntülərin Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alındığı bildirib:

“Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər. Videoda qeydə alınan musiqi səsi montajdır, sonradan əlavə olunub.

Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır”.

Mahir Məsimov videoda qadının mikrofona danışması halının da araşdıralacağını qeyd edib.